Nobel mükafatçısı: Yeni, təhlükəli viruslar oyanacaq

  09 Oktyabr 2021    Oxunub :274
            Nobel mükafatçısı:   Yeni, təhlükəli viruslar oyanacaq
Nobel sülh mükafatı laureatı və BMT Baş katibinin müşaviri Rae Kvon Çhunq "Nauka 0+" Ümumrusiya Elm Festivalında maraqlı bir açıqlama verib.
Azvision.az xəbər verir ki, o iqlim dəyişikliyi səbəbiylə arzuolunmaz virusların oyanması təhlükəsi haqqında danışıb. Onun məlum çıxışı saytın "YouTube" kanalında yayımlanıb.

"Sibirdə, Kanadada əbədi buzlaq zonalarında buzların əriməsi nəticəsində ortaya yeni, təhlükəli virusların üzə çıxmasını gözləyə bilərik. Biz hansı virusla qarşılaşacağımızı, hansıların canlanacağını bilmirik"-,Çhunq bildirib.

Qeyd edək ki, bu ilk hal deyil ki, alimlər virus təhlükəsi barədə açıqlama verirlər. Məsələn, Şərq İqtisadi Forumunda Çunq qlobal istiləşmənin çox qədim patogenlərin yayılmasına səbəb ola biləcəyi ilə bağlı xəbərdarlıq da etmişdi.

Tural Tağıyev
Azvision.az

Teqlər: Virus   Nobel   Buzlaq  







Xəbər lenti