Millimizin oyununda VAR-dan istifadə olundu

Millimizin oyununda VAR-dan istifadə olundu
  09 Oktyabr 2021    Oxunub:1830
Bu gün futbol üzrə Dünya Çempionatı-2022-nin seçmə mərhələsi çərçivəsinda Bakıda keçirilən oyunda yeni texnologiyalardan- VAR sistemindən istifadə edilib.
Azvision.az xəbər verir ki, hakimlər Azərbaycan - İrlandiya matçında VAR sistemindən yararlanıblar.

Oyunun baş hakimi Espen Eskas Mahir Emreli ilə rəqib müdafiəçi arasında ikili mübarizə zamanı penalti olub-olmamasını dəqiqləşdirmək məqsədilə VAR-a müraciət edib. Rəqib futbolçu əli ilə oynasa da, Emreli daha əvvəl onun formasından tutub saxladığı üçün referi görüşü davam etdirib və penalti təyin etməyib.

Qeyd edək ki, qonaqlar 3:0 hesabıyla qalib gəliblər.

Tural Tağıyev
Azvision.az



Teqlər: VAR   Futbol  





Xəbər lenti