Həkimləri daşıyan təyyarə qəzaya uğradı, ölənlər var

Həkimləri daşıyan təyyarə qəzaya uğradı,    ölənlər var
  10 Oktyabr 2021    Oxunub:725
Boliviyada tibb işçilərini daşıyan yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
Azvision.az xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimalındakı Ribelta şəhərində qeydə alınıb. Qəza nəticəsində 2-si pilot, 4-ü tibb işçisi olmaqla, 6 nəfər həlak olub.

Hadisənin başvermə səbəbi açıqlanmır. Ölkənin Hava Qüvvələrinin Aviasiya Qəzalarını Araşdırma Komitəsi qəza ilə bağlı təhqiqata başlayıb.

Azvision.az



Teqlər: Təyyarə   Qəza  





Xəbər lenti