Azərbaycan XİN Rusiyaya başsağlığı verib

  10 Oktyabr 2021    Oxunub :174
   Azərbaycan XİN Rusiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Tatarıstanda təyyarə qəzası ilə bağlı Rusiyaya başsağlığı verib.
Azvision.az xəbər verir ki, bu barədə XİN-in Tvitter hesabında paylaşım edilib.

"Tatarıstan Respublikasında paraşütçülərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş şəxslərin ailələrinə və qohumlarına, Rusiya xalqına dərin hüznlə başsağlığı veririk", - məlumatda deyilir.

Qeyd edək ki, bu gün səhər saatlarında Tatarstan Respublikasının Menzelinsk şəhərində "L-410" yüngülmühərrikli təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 20-si paraşütçü olmaqla 22 nəfər olub. Qəza nəticəsində yalnız 6 nəfər sağ qalıb.

Azvision.az


Teqlər: XİN   Başsağlığı   Rusiya  







Xəbər lenti