"Könül dünyası” kitabının imza mərasimi keçirilib

  10 Oktyabr 2021    Oxunub :261
"Könül dünyası” kitabının imza mərasimi keçirilib
Bakı Ekspo Mərkəzində təşkil olunan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Könül Bünyadzadənin “Könül dünyası” kitabının imza mərasimi keçirilib.
Azvision.az xəbər verir ki, mərasimdə media nümayəndələri, ziyalılar və oxucular iştirak ediblər.

Kitabda Könül Bünyadzadənin “Füyuzat” jurnalında dərc olunan silsilə məqalələri təqdim olunur. Müəllif ədəbi-fəlsəfi və aktual mövzulara həsr edilən məqalələrində insan, kainat, yaradılış, özünüdərk, milli ruh və digər mühüm məsələlər haqqında təəssüratlarını oxucularla bölüşür.

Tədbirdə çıxış edən “Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus bildirib ki, bu əsərdə Könül xanım oxucunu zaman-zaman insanın var olma məqsədinin dərkinə çağırır, bəzən fəsillərin dili, daşların işığı, qələmin çəkdiyi portretlərlə, bəzən də ömrü saran qulac qollu yollarla və ən ümdəsi sevgi ilə anlamağa səsləyir.

Mərasimdə söz alan digər ziyalılar kitabın fəlsəfi məna tutumundan danışıblar və alimə belə bir əhatəli əsəri ərsəyə gətirdiyi üçün minnətdarlıq ediblər.

Müəllif kitabın nəşrinə dəstək olan Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fonduna və “Füyuzat” jurnalına təşəkkürünü bildirib və əsərinin uzun illər ərzində, geniş araşdırmalar nəticəsində yazıldığını vurğulayıb. Sonda müəllif imzalı kitablarını oxucularla bölüşüb.

Azvision.az

Teqlər: Kitab-sərgisi  







Xəbər lenti