Nigeriyada dəhşətli terror - 20 nəfər öldürülüb

 Nigeriyada dəhşətli terror -  20 nəfər öldürülüb
  10 Oktyabr 2021    Oxunub:739
Nigeriyada naməlum silahlı şəxslər Sokoto ştatında bazara hücum edib.
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, 200-ə qədər silahlı motosikletlərlə bazara daxil olub, satıcılara atəş açıblar.

Nəticədə 19 nəfər həyatını itirib. Yerli “Vanguard” nəşri bazarın atəşə tutulması nəticəsində 20 nəfərin öldüyünü yazıb.

Silahlılar ərzaq götürüb bazardan uzaqlaşıblar.

Azvision.az



Teqlər: Nigeriya   Terror  





Xəbər lenti