Çinin rəhbəri Tayvanı ilhaq etmək əmri verib

   Çinin rəhbəri   Tayvanı ilhaq etmək    əmri verib
  10 Oktyabr 2021    Oxunub:1740
"The Guardian"ın yaydığı məlumata görə, Çin dövlət başçısı Sin Cin Pin Tayvanın ilhaq olunmasıyla bağlı son qərarını açıqlayıb. Dövlət başçısı çıxışında ABŞ və Qərbə açıq mesaj ünvanlayıb.
- Tayvanın müstəqillik separatizmi öz ana vətəninə birləşmək üçün ən böyük maneə, xalqımızın birliyinə böyük təhlükədir.Tayvanın sülh yolu ilə birləşdirilməsi həm Çin xalqının, həm də Tayvan vətənpərvərlərinin ümumi marağına uyğundur. Çin xalqının ərazi bütövlüyünə, əzminə, cəsarətinə və özünümüdafiəsinə hörmət etməyənlər bundan sonra etməli olacaqlar, - Çin lideri bildirib.

Tayvan prezidenti Tsai Ing-Venin Çinin ilhaq qərarına qarşı cavabı ləngiməyib. O dərhal bəyanat verərək, ABŞ-la hərbi əməkdaşlığı gücləndirəcəklərini bildirib.

Azvision.az



Teqlər: Çin   Tayvan  





Xəbər lenti