Komitə sədri: "İmkanlı şəxslər qızların təhsilinə dəstək olmalıdır"

   Komitə sədri:  "İmkanlı şəxslər qızların təhsilinə dəstək olmalıdır"
  11 Oktyabr 2021    Oxunub:1859
"Qızların inkişafı, təhsili, demokratik mühitdə bərabər hüquqlarının qorunması bütün ölkələrin arzusudur, istəyidir, vəzifəsidir, öhdəliyidir".
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O bildirib ki, millətin inkişafı üçün analar, qadınlar, qızlar təhsilli olmalıdır:

"Azərbaycanda qızların təhsilə cəlbi ilə bağlı vacib addımlar atılır. Hər kəs qızların təhsilinə dəstək olmalıdır. Xüsusilə də imkanlı şəxslər bu işə öz töhfələrini verməlidirlər".

Aytən Zəhra
Azvision.az


Teqlər: Qız   Qadın  





Xəbər lenti