Ermənistanın daha bir "nou-hau"su

   Ermənistanın daha bir "nou-hau"su
  11 Oktyabr 2021    Oxunub:1121
"Ermənistan yeganə Avropa ölkəsidir ki, 3 müxalifətçi deputatı, özü də parlamentin icazəsi olmadan, qanunsuz şəkildə həbs edib. ABŞ-ın, Avropa İttifaqı ölkələrinin səfirləri isə qətiyyətlə susqunluq nümayiş etdirirlər".
Azvision.az xəbər verir ki, bunu parlamentdə «Ermənistan» fraksiyasının deputatı Aram Vardevanyan öz “Facebook” səhifəsində yazıb. O bu bəyanatla birgə 9 il əvvəl o vaxtkı ABŞ səfirinin müxalifətçi deputat Vardan Oskanyanın təqibindən danışdığı videoçarxı da yerləşdirib.

- ABŞ-ın Ermənistandakı səfiri həmin vaxt konkret şərhlər verməklə müxalifətçi deputat Vardan Oskanyanın cinayət məsuliyyətinə cəlb olunaraq təqib edildiyindən danışırdı. Səfiri “ölkənin daxil işi” anlayışı da çəkindirmirdi. Xatırladaq ki, Ermənistan 3 müxalifətçi deputatı, özü də parlamentin razılığı olmadan, həbs edən yeganə Avropa ölkəsidir. ABŞ-ın, Avropa İttifaqı ölkələrinin səfirləri isə qətiyyətlə susurlar,- Vardevanyan yazıb.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: Ermənistan   müxalifət  





Xəbər lenti