Nobel mükafatı alan jurnalist "Facebook"u tənqid etdi

 Nobel mükafatı alan jurnalist "Facebook"u tənqid etdi
  11 Oktyabr 2021    Oxunub:2118
Bu yaxınlarda Nobel Sülh Mükafatı alan filippinli jurnalist və fəal Mariya Ressa “Facebook”u kəskin tənqid edib. Buna səbəb sosial şəbəkədə faktlara qərəzli münasibətin göstərilməsidir.
Azvision.az "The Guardian"a istinadən xəbər verir ki, Ressa bu sosial şəbəkədə baş verənləri demokratiyaya təhdid hesab edir. Jurnalist düşünür ki, “Facebook”un alqoritmləri ilk növbədə yalan məlumatları yayır və istifadəçilərə faktlar əvəzinə "qəzəb və nifrət" göstərməyi üstün tutur: “Faktlara qarşı qərəzli olduğunuz müddətdə, jurnalistikaya qarşı qərəzlisiniz... Əgər faktınız yoxdursa, həqiqətə sahib deyilsiniz. Bütün bunlar olmayanda, deməli, demokratiya da yoxdur".

Bunlarla baxmayaraq Nobel mükafatçısı hesab edir ki, “Facebook” dünyanın əsas xəbər yayıcısına çevrilib.

Ressa tənqidlərini “Facebook”un sabiq əməkdaşı Françes Haugenin şəbəkədə şirkət haqqındakı fikirlərindən sonra səsləndirib. Xatırladaq ki, sabiq əməkdaş sosial şəbəkənin gəliri insanların mənafeyindən üstün tutduğunu bildirib. Onun sözlərinə görə, “Facebook”un rəhbəri Mark Zukerberq nifrət yayan bir platforma yaratmaq niyyətində deyildi, ancaq daha çox qazanc gətirdiyindən bu cür məzmunun yayılmasına kömək edən qərarlar vermək məcburiyyətində qaldı.

Son zamanlar "Facebook" xidmətlərinə (Facebook, həmçinin İnstagram və WhatsApp) getdikcə daha çox "hücum" edilir. Bu şəbəkələr yalan məlumat yaymaqda, insanlar arasında nifrət salmaqda, istifadəçilərin məxfilik hüquqlarını pozmaqda, onlara sosial vəziyyətlərindən, sərvətlərindən və toksik xarakterlərindən asılı olaraq fərqli münasibət göstərməkdə ittiham olunurlar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MariyaRessa   facebook   Tənqid  





Xəbər lenti