"Xəstəxanalar uşaqlarla dolub"- Ermənistan mediası

   "Xəstəxanalar uşaqlarla dolub"-   Ermənistan mediası
  11 Oktyabr 2021    Oxunub:1303
Ermənistanda virusa yoluxan uşaqların sayı artıb. xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, hazırda bəzi uşaq poliklinikalarında xəstə əlindən tərpənməyə yer yoxdu.

- İctimai Jurnalistika Klubunun həmtəsisçisi, "Media Mərkəzi" proqramının rəhbəri Seda Muradyan uşaq xəstəxanalarının yükləndiyini bildirib. Tənəffüs yolları xəstəlikləri və virus mövsümü başlayıb. Xəstə uşaqlar ya ağır bronxit, ya da coviddən əziyyət çəkənlər olurlar.

Muradyan ölkədə qanunlarla bağlı da xaosun hökm sürməsindən gileylənib.

- Maska taxmadan bayıra çıxan xəstə və xəstəlik simptomları olanları sərt şəkildə cəzalandırılmalıdırlar. Əla! Amma bu qanunu kimə deyrisən? Müharibədən sonra neçə müəssisə və ya vətəndaş cərimələndi? Gedin uşaqların və valideynlərin necə əziyyət çəkməsinə baxın. Qəbul edilmiş qanunun nəzarətinin ciddi şəkildə nəzarət olunmasını tələb edirəm.

Tural Tağıyev
Azvision.az



Teqlər: Xəstəxana   Virus   Ermənistan  





Xəbər lenti