Pirşağıda 10-a yaxın suiti cəsədi aşkarlanıb - FOTO

Pirşağıda 10-a yaxın suiti cəsədi aşkarlanıb -    FOTO
  11 Oktyabr 2021    Oxunub:855
“Pirşağıda dəniz sahilində 10-a yaxın suiti cəsədi aşkarlanıb. Onlardan 7-si əvvələ aiddir".
Bunu Azvision.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova məlumat verib. O bildirib ki, hazırda AMEA-nın Zoologiya İnstitutunun əməkdaşları ilə birlikdə hadisə yerindədirlər:



“Cəsədlərin əksəriyyəti tamamilə çürüyüb. Nisbətən bütöv qalan cəsədlərin müşahidəsi zamanı üzərlərində kəsici alət izləri göründü. Belə qənaətə gəlmək olur ki, yem axtaran zaman balıqçı torlarına düşən suitilər elə balıqçılar tərəfindən də öldürülüb. Qida axtarışı zamanı suitilər özlərini dənizdə olan iri daşlara çırpırlar. Yaşlı suitilərin də məhz bu zaman zədə alaraq tələf olub dalğa ilə sahilə çıxma ehtimalı var”. A. Səmədova deyib ki, suitilərin Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında olma müddətləri mart-aprel aylarıdır: “Digər aylarda onlar şimal sahillərinə miqrasiya edirlər”.




Azvision.az



Teqlər: Suiti  





Xəbər lenti