Vaşinqton-Pekin qarşıdurması - Bəşəriyyət müharibələrlə üz-üzə

 Vaşinqton-Pekin qarşıdurması -  Bəşəriyyət müharibələrlə üz-üzə
  11 Oktyabr 2021    Oxunub:1107
Amerikanın “9Fortyfive” nəşrinin icmalçısı Robert Farli ABŞ-la Çin arasındakı münaqişənin Üçüncü və Dördüncü dünya müharibələrinə səbəb ola biləcəyini ehtimal edir. Onun fikrincə, Vaşinqton-Pekin qarşıdurması bir həlledici toqquşma ilə bitməyəcək, hərbi kampaniyalar silsiləsinə gətirib çıxaracaq.
Azvision.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Robert Farli iki böyük dövlətin Tayvan uğrunda müharibəyə başlaya biləcəyini yazır.

Onun sözlərinə görə, əgər ABŞ qüvvələri Çinin xalq azadlıq ordusuna qalib gəlsə, bu yenə də Pekini ada ilə birləşmək ideyasından daşındıra bilməyəcək. Çin müvəqqəti barışıq imzalayacaq, amma sonradan mübahisəli regionu özünə birləşdirmək məqsədilə zərbə endirəcək.

- Hətta Çin Tayvan uğrunda kampaniyada qalib gəlsə də, bu Birləşmiş Ştatlarla fundamental ziddiyyətlərə xitam verməyəcək. Çin xalq azadlıq ordusunun hərbi uğuruna Asiya dövlətlərinin reaksiyasını qabaqcadan söyləmək çətin olsa da, bu hadisədən sonra Vyetnam, Yaponiya və Cənubi Koreya kimi ölkələrin Vaşinqtonla daha sıx ittifaqa can atacaqları istisna deyil. Bu isə daha bir münaqişə üçün zəmin yaradacaq. Sakit okeanın qərb hissəsində yaşanacaq istənilən hərbi toqquşma faciəyə çevriləcək və Asiya ilə Şimali Amerika arasında yaranmış infrastrukturun, maliyyə-ticarət əlaqələrinin dağılmasına gətirib çıxaracaq,-Farli vurğulayıb.

Amerikalı icmalçı bəşəriyyətin belə bir ssenaridən qaça biləcəyinə ümidli olduğunu yazıb.

Sahil İsgəndərov
Azvision.az


Teqlər: ABŞ   Çin  





Xəbər lenti