Rus hərbçiləri üçün yeni texnika: Maşınlar 60 dərəcə şaxtada işləyəcək

Rus hərbçiləri üçün yeni texnika:   Maşınlar 60 dərəcə şaxtada işləyəcək
  11 Oktyabr 2021    Oxunub:1723
Rusiya yaxın vaxtlarda Arktikadakı hərbi hissələrini çətin keçilən ərazilərdə hərəkət edə bilən yeni texnikalarla təchiz edəcək. Azvision.az xəbər verir ki, bu barədə Rusiya hərbi saytları məlumat yayıb.
Bildirilir ki, söhbət tırtıllı deyil, təkərli avtomobillərdən, qartəmizləyən avtomobillərdən və xüsusi dözümlü nəqliyyat vasitələrindən gedir.

Bu yeni texnikalar, dörd tona qədər yük daşıma qabiliyyətinə malik olacaq və yüngül zırehli nəqliyyat vasitələri olmaqla qarlı və bataqlıqlı yollarda hərəktə edə biləcəklər. Daşıma qabiliyyəti 6 ilə 30 ton arasında olan köhnəlmiş nəqliyyat vasitələrin isə yeni avtomobillərlə əvəzlənməsi planlaşdırılır.
Qeyd olunur ki, daşıma qabiliyyəti 1 tona qədər olan zirehsiz "QT-SM" və "QT-T" nəqliyyat vasitələri 3 tona qədər yük daşıya bilən "DGM GAZ-3344-20" avtomobilləri ilə əvəz olunacaq.



Arktika bölmələri üçün daha bir yenilik isə "KamAZ" və "Ural"ın xüsusi buraxılışı olacaq. Bu maşınlar həddindən artıq dözümlülüyü və arktik şəraitdə mənfi 60 dərəcəyə qədər olan temperaturda işləyə bilməsi ilə seçilir. Məqalədə o da vurğulanır ki, Arktikadakı rus hərbçiləri yeni qar avtomobilləri və 3 təkərli nəqliyyat vasitələri ilə təmin ediləcək.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   Arktika  





Xəbər lenti