Leyla Abdullayeva diplomatlarla Şuşada çörək bişirdi - FOTOLAR

   Leyla Abdullayeva diplomatlarla Şuşada çörək bişirdi -    FOTOLAR
  11 Oktyabr 2021    Oxunub:2045
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) tvitter hesabında ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələrinin və xarici jurnalistlərin Şuşaya səfərləri ilə bağlı maraqlı paylaşım edilib.
Azvision.az xəbər verir ki, paylaşımda XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva və qonaqların Şuşada çörək sexinə baş çəkdikləri qeyd olunub.

“Şuşa səfəri çərçivəsində Azərbaycandakı diplomatik korpusların mümayəndələri və xarici jurnalistlər çörək zavodunda oldular. Burada dadlı Qala çörəyi bişirdik və dadına baxdıq", - məlumatda vurğulanıb.




Pərvanə Sultanova
Azvision.az



Teqlər: Leyla-Abdullayeva   XİN  





Xəbər lenti