Azərbaycanda daha 611 nəfər yoluxub, 13 pasiyent ölüb

   Azərbaycanda daha 611 nəfər yoluxub,    13 pasiyent ölüb
  11 Oktyabr 2021    Oxunub:538
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 611 yeni yoluxma faktı qeydə alınıb, 638 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 492 790 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 473 661 nəfər müalicə olunaraq sağalıb, 6 677 nəfər vəfat edib, aktiv xəstə sayı 12 452 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 575, ötən müddət ərzində isə ümumilikdə 4 958 312 test aparılıb.

Azvision.az



Teqlər: Koronavirus  





Xəbər lenti