“Qaliblər düşərgəsi”nin məzunları ilə görüş keçirilib - FOTO

“Qaliblər düşərgəsi”nin məzunları ilə görüş keçirilib -    FOTO
  11 Oktyabr 2021    Oxunub:845
Dövlət Miqrasiya Xidmətinin (DMX) Vətən müharibəsində iştirak etmiş bir qrup əməkdaşı - Tural Kərimov, Babək Hacılı, Babək Fətullazadə, Afiq Quliyev, Ağa Qurbanov, Oruc Əmirov və Rəşad Mansurov torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın övladları üçün təşkil olunan “Qaliblər düşərgəsi”nin iştirakçıları üçün görüşüb.
DMX-dən Azvision.az -a bildiriblər ki, Xidmətin akt salonunda təşkil olunan tədbirə şəhidlərimizin ailə üzvləri və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin nümayəndələri də qatılıblar.



Görüşdə döyüşçülər keçdikləri zəfər yolu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəman hərbçilərinin məkrli və xain düşmənə qarşı böyük əzm və şücaətlə döyüşmələri barədə ətraflı məlumat veriblər.



Müharibə veteranları tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıblar. Sonda şəhid övladlarına Dövlət Miqrasiya Xidməti tərəfindən xatirə hədiyyələri verilib.



Azvision.az



Teqlər: DMX  





Xəbər lenti