“Qoşulmama Hərəkatı beynəlxalq məsələlərdə mühüm rol oynayır” - Putin

 “Qoşulmama Hərəkatı beynəlxalq məsələlərdə mühüm rol oynayır” -    Putin
  11 Oktyabr 2021    Oxunub:1580
“İlk növbədə mən bu yubiley toplantısını təşkil etdiklərinə görə Azərbaycan Prezidentinə və Serbiya Prezidentinə minnətdarlığımı ifadə etmək istərdim”. Azvision.az xəbər verir ki, bunu Rusiya Federasiyasının xarici işlər naziri cənab Sergey Lavrov Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantısında çıxışı zamanı deyib.
Sergey Lavrov Rusiya Federasiyasına Qoşulmama Hərəkatında müşahidəçi statusunun verilməsinə dair yekdil qərara görə üzv ölkələrə minnətdarlığını bildirdi. O, Rusiya Prezidentinin müraciətini səsləndirdi.

Prezident Vladimir Putin müraciətində Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə mühüm rol oynadığını vurğulayıb, təşkilatın bütün ölkələrin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə hörmət prinsiplərinin keşiyində dayandığını qeyd edib.

Azvision.az


Teqlər: Qoşulmama-Hərəkatı   Rusiya  





Xəbər lenti