Ərdoğanın reklamı oğurluq çıxdı - VİDEO

Ərdoğanın reklamı oğurluq çıxdı  - VİDEO
  25 Mart 2014    Oxunub:957
Türkiyədə son günlərin hadisəsi olan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə seçkiləri üçün çəkdirdiyi reklam roliki oğurluq çıxdı. Həmin reklam 2003-cü ildə Sony şirkətinin «playstation»un oyun aparatları üçün çəkilən «Dağ»ın (Mountain) tamamilə eynisidir.
Başdan-ayağa İngiltərənin TBWA reklam agentliyinin hazırladığı «Dağ» reklamının oxşarı olan seçki rolikində yeganə fərq videonun fonundakı səs və dalğalanan bayraqdır. İngilislərin reklamında bütün hərəkətlər məşhur bəstəkar Şirli Templin (Shirley Temple) bəstələdiyi «Göyərtəyə alın» (Get on board) musiqisi sədaları altında davam etdirilirdisə, AKP-nin plagiat reklamında məşhur türk şairi Akif Ərsoyun «İstiqlal marşı» şeiri şairin öz səsi ilə səsləndirilib.

Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan plagiat reklam rolikini o qədər çox bəyənibmiş ki, AKP lideri telefon açaraq reklam şirkətinə şəxsən təşəkkürünü bildiribmiş. Türk reklamçılar «Dağ»ı təsadüfən seçməyiblər. İngilislərin ərsəyə gətirdiyi reklam roliki Beynəlxalq Andy Mükafatlandırılmasında (International Andy Awards) 2-ci yerə çıxaraq gümüş medal qazanmış və «Playstation-2» oyun aparatlarının satışında sıçrayışa səbəb olmuşdu.

Xatırladaq ki, seçki roliki ekranlara çıxar-çıxmaz MHP və CHP-nin Ali Seçim Komissiyasına (Yüksək Seçim Kurulu) etdiyi şikayət əsasında qadağan olunmuşdu. Buna səbəb reklam rolikində səsləndirilən şüar olub. AKP qadağadan sonra reklamdakı şüardakı «Türkiyə bayrağı» kəlməsini çıxardaraq, «Millət əyilməz, Türkiyə yenilməz» kimi səsləndirib. Bu dəyişiklikdən sonra Radio Televiziya Üst Qurumu (RTÜK) reklamın KİV-də və internetdə yayımına icazə verib.








Teqlər:  





Xəbər lenti