KİV: Çexiya Prezidentinin vəziyyəti ağırdır

   KİV:    Çexiya Prezidentinin vəziyyəti ağırdır
  11 Oktyabr 2021    Oxunub:574
10 oktyabrda Praqadakı Mərkəzi Hərbi Xəstəxanaya aparılan Çexiya Prezidenti Miloş Zeman hələ də həyatı təhlükədə olan xəstələr üçün nəzərdə tutulan anesteziya və reanimasiya şöbəsində qalır.
Azvision.az xəbər verir ki, bu barədə “Mlada fronta Dnes” nəşri məlumat yayıb. Qeyd olunub ki, həmin şöbəyə daha çox həyati vacib orqanlarının funksiyası pozulmuş xəstələr yerləşdirilir. Nəticədə xəstələr ya vəfat edir, ya da daxili orqanları fəaliyyətini dayandırır.

Bu arada prezidentin müalicə həkimi, xəstəxananın direktoru Miroslav Zaboral bildirib ki, dövlət başçısının xroniki xəstəlik nəticəsində səhhəti ağırlaşdığı üçün tibb müəssisəsinə yerləşdirilib. Həkim xəstənin xahişi ilə diaqnozu bildirməkdən imtina edib.

Azvision.az


Teqlər: Çexiya  





Xəbər lenti