Ərdoğanla Bayden Qarabağı müzakirə edəcək - Kalın

   Ərdoğanla Bayden Qarabağı müzakirə edəcək -    Kalın
  12 Oktyabr 2021    Oxunub:1666
"ABŞ-la Türkiyənin geniş əlaqələri var". Azvision.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Milliyet” qəzetinə müsahibəsində bildirib.
O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Cozef Baydenlə “G-20” liderlərinin oktyabrın 30-31-də Romada keçiriləcək Zirvə toplantısı çərçivəsində baş tutacaq görüşündə hansı məsələlərin müzakirə olunacağını da açıqlayıb:

“ABŞ-la siyasi, iqtisadi, energetika, təhlükəsizlik, terrora qarşı mübarizə, ticarət, müdafiə sənayesi, Əfqanıstan, Suriya, İraq, Qarabağ, Qafqaz, Liviya, Şəqri Aralıq dənizi və başqa bölgələr, qlobal məsələlərlə bağlı əlaqələrimiz var. Liderlər gündəliyin əsas məsələləri olaraq bunları müzakirə edəcəklər”.

Onun sözlərinə görə, Ankara Vaşinqtonla ticarətin artırılması məsələsinə böyük əhəmiyyət verir: "Ağ Evdəki görüşlərimdə bu mövzunu xüsusilə vurğuladım. 21 milyard dollarlıq ticarət həcmi Türkiyə-Amerika əlaqələrinə uyğun gəlmir".

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Türkiyə   ABŞ   Qarabağ  





Xəbər lenti