Oktyabrın 15-də bütün pensiyalar ödəniləcək

  12 Oktyabr 2021    Oxunub :232
Oktyabrın 15-də bütün pensiyalar ödəniləcək
Respublika üzrə pensiyaların oktyabrın 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.
Dövlət Sosial Müdafiə Fondundan Azvision.az -a verilən məlumata görə, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

Bu ilin 8 ayında pensiya, müavinət, təqaüd, ünvanlı yardım üzrə 4 mlrd. manata yaxın vəsait ödənilib.

Azvision.az

Teqlər: Pensiya  







Xəbər lenti