Şoyqu və Karapetyan sərhəddəki vəziyyəti müzakirə ediblər

   Şoyqu və Karapetyan sərhəddəki vəziyyəti müzakirə ediblər
  12 Oktyabr 2021    Oxunub:809
Rusiyanın müdafiə naziri Sergey Şoyqu Moskvada erməni həmkarı Arşak Karapetyanla görüşüb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, tərəflər müdafiə sahəsində ikitərəfli əməkdaşlığı, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Ermənistanın müdafiə naziri Arşak Karapetyan sonuncu dəfə bu ilin avqustunda Rusiyaya səfər edərək "Ordu-2021" hərbi sənaye sərgisinin açılışında və Beynəlxalq Ordu Oyunlarında iştirak edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sergey-Şoyqu  





Xəbər lenti