Daha çox müəmmalı məsələləri araşdıran Gevorqyan Hadrut istiqamətində qısa müddətdə 76 döyüşçünün məhv edilməsini üzə çıxarıb. O, artıq Azərbaycanın nəzarətinə keçmiş qəsəbəyə mənasız yerə dəstə göndərməyi cinayət kimi qiymətləndirib.
- Bu gün Tiqranın ölümündən bir il keçir. Düz bir il əvvəl, oktyabrın 11-də Şaxbaryan Tiqranentsin 76 nəfərlik dəstəsi artıq azərbaycanlıların nəzarətində olan Hadruta göndərilmişdi. 4 saatdan çox davam edən döyüşlərdən sonra 76 ermənidən heç biri sağ qalmadı... Məlum əməliyyatdan bir il ötsə də, indiyə qədər günahkarlardan heç kim cəzalandırılmayıb-,Gevorqyan gileylənib.
Qeyd edək ki, Aram Gevorqyan ölkəsində hökumətin gizlin saxladığı hərbi məlumatları aşkarlaması ilə tanınır. O son bir ildə müharibədə ölən xeyli sayda erməni döyüşçünün adının rəsmi şəkildə açıqlanan itki siyahısında olmamasını üzə çıxarıb.
Tural Tağıyev
Azvision.az