Mövlud Çavuşoğlu Kabilə gedəcək

   Mövlud Çavuşoğlu Kabilə gedəcək
  12 Oktyabr 2021    Oxunub:964
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Əfqanıstana səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu indoneziyalı həmkarı Retno Marsudillə keçirdiyi mətbuat konfransında deyib.

"Yaxın günlərdə bəzi ölkələrin xarici işlər nazirləri ilə birlikdə Kabilə getməyi planlaşdırırıq. Bu fikri bir sıra dost və qardaş ölkələrin nazirləri dəstəklədilər. Önümüzdəki günlərdə bu səfər gerçəkləşəcək", - XİN rəhbəri söyləyib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Mövlud-Çavuşoğlu   Kabil   Səfər  





Xəbər lenti