Nooldu, Araik? Bəs and içmişdin?! – FOTOLAR

  12 Oktyabr 2021    Oxunub :857
   Nooldu, Araik? Bəs and içmişdin?! –    FOTOLAR
2020-ci ilin oktyabrın əvvəllərində Azərbaycan Ordusunun dəqiq zərbə endirdiyi obyektlərdən biri də Şuşa Mədəniyyət Evi olmuşdu. Bunun iki səbəbi vardı. Əvvəla, həmin vaxt Rusiyanın “Novaya qazeta”sının müxbiri İlya Azarovun da təsdiqlədiyi kimi, binada 600-ə yaxın erməni polis və hərbçi saxlanılırdı.
İkincisi isə, 2020-ci il mayın 21-də qondarma seperatçı qurumun hoqqabaz “prezidenti” Araik Arutyunyan Azərbaycan xalqının hisslərini təhqir etmək üçün məhz Şuşada, Mədəniyyət Mərkəzində “and” içməklə oraları murdarlamışdı.

- 1988-ci il, fevralın 13-də qardaşım məndən soruşmuşdu ki, vətən uğrunda ölməyə hazırammı? Mən müsbət cavab vermişdim. Amma qardaşım sözünü tutdu, mən isə yox,- Araik çıxışında demişdi. Nitqini isə “Artsax – Ermənistandır, vəssalam” sözlərilə bitirmişdi. Mərasimdə Nikol Paşinyan da iştirak edirdi.


Azərbaycan Ordusu Araikə imkan yaratdı ki, o, qardaşını bir dəfə aldatdığına görə günahını yusun. Fəqət o, yenə də sözünü tutmadı: Qaçıb bunkerdə gizləndi. Nəinki Qarabağı, hətta Azərbaycan xalqını təhqir etmək üçün “andiçmə” mərasimi keçirdiyi binanı da qorumağa hünəri çatmadı.













Hans Kloss
Samir Quliyev

Azvision.az

Teqlər: Şuşa  







Xəbər lenti