Azərbaycan iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb

   Azərbaycan iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb
  12 Oktyabr 2021    Oxunub:775
“Azərbaycan müstəqilliyinin ilk günlərindən işğal faktoru ilə mübarizə aparmaq məcburiyyətində qalıb”. Azvision.az -ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva deyib.
L. Abdullayeva bildirib ki, bu gün artıq biz öz ərazi bütövlüyünü təmin edən, pozulmuş insan hüquqlarını bərpa edən dövlətin vətəndaşlarıyıq:

“Ancaq münaqişənin bitməsi müharibənin bitməsi demək deyil. Postmünaqişə dövründə biz təbliğat işini daha da gücləndirməliyik. Azərbaycan artıq bölgədə yeni reallıq yaradıb. Artıq bizim və bütün Azərbaycanın rəsmi qurumlarının üzərində bu reallığı beynəlxalq ictimaiyyətə çatdırmaq kimi vəzifə dayanır. Azərbaycan artıq iki beynəlxalq məhkəmədə Ermənistana qarşı iddia qaldırıb. Bu, son deyil. Bunun ardınca digər beynəlxalq məhkəmələrdə Ermənistana qarşı tərəfimizdən iddialar qaldırılacaq”.

Azvision.az


Teqlər: XİN   Azərbaycan  





Xəbər lenti