"Britaniya mina təmizlənməsində Azərbaycana dəstək göstərir" - Səfir

  "Britaniya mina təmizlənməsində Azərbaycana dəstək göstərir" -    Səfir
  12 Oktyabr 2021    Oxunub:788
"Böyük Britaniya minaların təmizlənməsi prosesində BMT vasitəsilə Azərbaycana maliyyə dəstəyi göstərir".
Azvision.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” hesabında yazıb.

Onun sözlərinə görə, “Links Europa” qeyri-hökumət təşkilatının təşkil etdiyi “Azərbaycanda minaların aradan qaldırılması problemləri” mövzusunda tədbirdə çıxış edib.

“Britaniya BMT vasitəsilə artıq Azərbaycana maliyyə dəstəyi göstərir. Britaniya təşkilatları mina təmizləmə sahəsində dünya liderləridir və ANAMA ilə mütəxəssis səviyyəsində inkişaf edən güclü əlaqələrdən məmnunam”, - diplomat vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Britaniya   Azərbaycan   Mina  





Xəbər lenti