Sabahdan güclü külək əsəcək - Xəbərdarlıq

 Sabahdan güclü külək əsəcək -  Xəbərdarlıq
  12 Oktyabr 2021    Oxunub:1094
Bakıda və Abşeron yarımadasında oktyabrın 13-ü gündüz cənub-qərb küləyi 15-18 m/s, arabir 20 m/s, 14-ü isə gündüz şimal-qərb küləyinin 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir.
Bu barədə Azvision.az -a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O qeyd edib ki, Azərbaycanın rayonlarında oktyabrın 13-14-də cənub-qərb, qərb küləyinin 15-18 m/s, ayrı-ayrı yerlərdə arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Azvision.az


Teqlər: Hava  





Xəbər lenti