G20 ölkələri Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə zirvə görüşü keçirib

G20 ölkələri Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə zirvə görüşü keçirib
  12 Oktyabr 2021    Oxunub:633
İtaliyanın G20-yə sədrliyi çərçivəsində Əfqanıstan məsələsi ilə bağlı fövqəladə zirvə görüşü keçirilib.
Azvision.az xəbər verir ki, G20 ölkələrinin liderlərinin iştirak etdiyi videokonfransda Əfqanıstana beynəlxalq humanitar yardımlar, immiqrasiya, terrorizm və qadın hüquqları kimi məsələlər müzakirə edilib. Görüşdə Avropa İttifaqının (Aİ) Əfqanıstana 1 milyard avroluq yardım paketi açıqlanıb.

Türkiyə G20 çərçivəsində miqrasiya ilə bağlı işçi qrupunun yaradılmasını və Türkiyənin bu qrupa sədrlik etməsini təklif edib.

G20-yə üzv ölkələrin rəhbərləri ilə yanaşı, zirvə görüşünə Aİ, BMT, Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Qətərin yüksək səviyyəli nümayəndələri qonaq qismində qatılıblar.

Azvision.az



Teqlər:





Xəbər lenti