Ermənistanda azərbaycanlı əsir yoxdur - BQXK

 Ermənistanda azərbaycanlı əsir yoxdur -    BQXK
  13 Oktyabr 2021    Oxunub:781
"Bu ilin yanvar-iyun ayları ərzində 14 Qızıl Xaç məktubu xarici ölkələrdə qalmış şəxslərə və onların Azərbaycandakı qohumlarına verilib".
Azvision.az xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

BQXK rəsmisi bildirib ki, itkin düşən şəxslərin ailələrindən daxil olan məlumatlar əsasında axtarış sorğuları toplanılıb, işlənilib və aidiyyəti qurumlarla bölüşülüb.

O həmçinin əlavə edib ki, hazırda qurum tərəfindən Ermənistanda baş çəkəcəyi saxlanılan heç bir şəxs yoxdur. 

Azvision.az


Teqlər: BQXK  





Xəbər lenti