Ermənistanda virusa yoluxanların sayı 275 mini ötdü

Ermənistanda virusa yoluxanların sayı 275 mini ötdü
  13 Oktyabr 2021    Oxunub:907
Ermənistanda son sutka ərzində daha 1217 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 275 077 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 28 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 5646-ya yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1231 nəfərdir. Aktiv xəstələrin sayı 17 624 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan   Virus  





Xəbər lenti