Pakistanlı səfir “ASAN Könüllülərinin Diplomatiya Günləri”ndə

Pakistanlı səfir “ASAN Könüllülərinin Diplomatiya Günləri”ndə
  13 Oktyabr 2021    Oxunub:573
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin və “Diplomatiya Könüllüləri”nin tərəfdaşlığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunmuş "ASAN Könüllülərinin Diplomatiya Günləri" layihəsi çərçivəsində rəsmilərlə görüşlər davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Azvision.az -a bildiriblər ki, növbəti görüş Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə keçirilib.



“Azərbaycan - Pakistan münasibətləri” mövzusunda təşkil olunan görüşdə 44 günlük Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyinə dəstək olan ölkələr arasında Pakistan İslam Respublikasının olmasının heç də təsadüfi olmadığını vurğulayan səfir ölkələrimiz arasındakı dostluq və qardaşlıq əlaqələrinin tarixi haqqında layihə iştirakçılarına geniş məlumat verib.



Bundan əlavə, səfir 2021-ci ilin iyul ayında Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrləri tərəfindən imzalanmış “Bakı Bəyannaməsi”nin əhəmiyyətindən bəhs edib. Sonda iştirakçıların sualları cavablandırılıb.




Azvision.az



Teqlər: ASAN   Pakistan  





Xəbər lenti