Qadını döyüb pulunu alan şəxs tutuldu - FOTO

Qadını döyüb pulunu alan şəxs tutuldu -    FOTO
  13 Oktyabr 2021    Oxunub:1236
Abşeron rayonu Ceyranbatan qəsəbəsində qadına qarşı quldurluq edilib.
DİN-dən Azvision.az -a verilən məlumata görə, zərərçəkən şəxs Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə müraciət edərək tanımadığı şəxsin ona yaxınlaşaraq əxlaqsız təklif etdiyini buna razı olmadıqda isə aralarında yaranan münahisə zamanı onu döyüb və hədə-qorxu gəldiyini bildirib. Hadisə zamanı həmin şəxs qadının üzərində olan 35 manatı, 1 ədəd boyunbağını və 1 ədəd üzüyü ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş şikayət əsasında həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rahib Abuzərov saxlanılıb. O, izahatında etdiyi əməli etiraf edib və hadisə zamanı zərərçəkən qadından götürdüyü əşyaları polis əməkdaşlarına təhvil verib.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti