Gəncədə partlayış səsinin səbəbi açıqlandı

   Gəncədə partlayış səsinin səbəbi açıqlandı
  13 Oktyabr 2021    Oxunub:1077
Müdafiə Nazirliyi Gəncədə partlayış səsinin eşidilməsinə münasibət bildirib.

Müdafiə Nazirliyindən Azvision.az -a bildirilib ki, Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatıb və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir:
"Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur", - deyə MN-dən bildirilib.

Azvision.az


Teqlər: MN   partlayış  





Xəbər lenti