Montazeri Paşinyana Ermənistanın "əhəmiyyət"indən danışdı

   Montazeri Paşinyana Ermənistanın    "əhəmiyyət"indən    danışdı
  13 Oktyabr 2021    Oxunub:928
Ermənistanın baş nazir Nikol Paşinyan İrəvana gələn İranın baş prokuroru Məhəmməd Cavar Montazerini qəbul edib. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Paşinyan Ermənistanın İranla hüquq sahəsində də əməkdaşlığa böyük önəm verdiyini bəyan edib. Baş nazirin sözlərinə görə, aidiyyəti orqanlar arasında kifayət qədər yaxın təmaslar qurulub və Montazerinin səfəri bu qarşılıqlı əlaqəyə daha da töhfə verir.

İranın baş prokuroru isə bildirib ki, ölkəsi üçün Ermənistanla münasibətlər əsas rol oynayır və bu, təkcə hüquq sahəsinə aid deyil. Onun sözlərinə görə, çoxəsrlik, mehriban qonşuluq və dostluq münasibətləri bölgədə çoxsaylı problemlərlə birgə mübarizə aparmaq üçün yaxşı bir təməldir. Montazeri deyib ki, İran tərəfi münasibətlərdə həmişə mehriban qonşuluq prinsipini rəhbər tutur.

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan   İran   Paşinyan  





Xəbər lenti