"İrəvan İran-Azərbaycan qarşıdurmasından xeyir götürməyə çalışır" - Aleksandr Perenciyev (Müsahibə)

"İrəvan İran-Azərbaycan qarşıdurmasından xeyir götürməyə çalışır" -  Aleksandr Perenciyev (Müsahibə)
  14 Oktyabr 2021    Oxunub:1259
"Ehtimal edirəm ki, rəsmi Bakı ilə Tehran arasında münasibətlərin kəskinləşməsi məsələsi yüksək səviyyəli Rusiya-Ermənistan görüşünün əsas suallarından biri olub. Hərçənd bu, belə desək, kadr arxasında qalıb. İrəvan, sözsüz ki, bundan hansı dividendlər götürə biləcəyini anlamaq üçün İran-Azərbaycan münasibələrinin kəskinləşməsində müsbət məqamlar axtarır. Buna görə də Ermənistanın lideri üçün Bakı-Tehran qarşıdurmasının artmasına rəsmi Moskvanın mövqeyini öyrənmək vacib idi. Görüşdə iki liderin İsrailin bu qarşıdurmada iştirakına toxunduqları da mümkündür".
Bu sözləri Q.V. Plexanov adına Rusiya İqtisad universitetinin politologia və sosiologiya kafedrasının dosenti, hərbi politoloq Aleksandr Perenciyev AzVision.az-a müsahibəsində deyib.
- İran bir tərəfdən Azərbaycanı rəsmi Yerusəlimlə sıx hərbi əməkdaşlıqda qınayır. Digər tərəfdən isə, mahiyyət etibarilə, Tehrana rəğbət bəsləyən və Bakıya qarşı olan İrəvan da hərbi-texniki sahədə İsraillə sıx əməkdaşlıq qurur. 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında əldə olunmuş üçtərəfli Rusiya-Ermənistan-Azərbaycan razılaşmalarının yerinə yetirilməsi məsələləri müzakirə olunub. Tərəflər Dağlıq Qarabağ üzrə mövqelərini və bu məsələnin oktyabrın 15-də MDB dövlət başçılarının sammitində müzakirəyə çıxarılmasının mümkünlüyü müzakirə ediblər.

- Bu yaxınlarda İranın xarici işlər nazirinin də Rusiyaya səfəri baş tutdu. İranlı nazir Rusiya XİN-nin rəhbəri Sergey Lavrovla görüşdü. Hüseyn Əmir Abdullahian Azərbaycan istiqaməti üzrə Moskvaya hansı gündəliklə gəlmişdi?
- Görüşün gündəliyi ilk növbədə iqtisadi sahədə qarşılıqlı strateji münasibətlərin qurulmasına və yeni qarşılıqı faydalı müqavilələrin imzalanması məramına aid idi. İran-Azərbaycan münasibətlərinin kəskinləşməsi kənarda qala bizlməzdi və rəsmi Tehranın təmsilçisi daim diqqəti buna yönəltməyə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə hər vəchlə bu məsələni cilalamağa çalışırdı. Rəsmi Bakı ilə Tehran arasındakı qarşıdurma ilə bağlı Moskvanı ilk növbədə 2016-cı il avqustun 8-də Azərbaycan paytaxtında Vladimir Putin, İlham Əliyev və Həsən Ruhanin üçtərəfli görüşü zamanı start verilən «Şimal-Cənub nəqliyyat dəhlizi» makroregional layihənin və hazırda digər Rusiya-İran birgə iqisadi layihələrin reallaşdırılması narahat edir. Məhz rəsmi Moskva ilə Tehran arasında gələcək iqtisadi əməkdaşlıq üzrə mövqelərin dəqiqləşdirilməsi Rusiya və İran xarici işlər nazilərinin görüşünün əsas mövzusu olub.

-Bildiyiniz kimi Bakı ilə Tehranın münasibətləri nəzərəçarpacaq dərəcədə kəskinləşib. İran tərəfi Azərbaycan ərazisindəki İsrail faktorunun onu narahat etdiyini bildirir. Bu məsələdə Bakı ilə Tehranın münasibətlərindəki gərginlik nə qədər dərinləşə bilər?
- Kimsə bunu nə qədər ustəsə də, güman edirəm ki, İranla Azərbaycan arasında hərbi münaqişə baş verməyəcək. Artıq İran və Azərbaycanın xarici işlər nazirləri arasında fikir mübadiləsi gedir. Əminəm ki, yaxın vaxtlarda Rusiyanın və bu qarşıdurmanın səngiməsində maraqlı olan digər aktorların iştirakı ilə Bakı və Tehran arasında danışıqlar meydançası yaradılacaq.

-İran-Azərbaycan münasibətlərinin kəskinləşməsinə Rusiyada necə reaksiya verirlər.
- Rusiyada bu qarşıdurma ətrafında hay-küy yaratmırlar. Yəqinlik var ki, tərəflər münasibətlərin dinc yolla tənzimlənməsində qayıtmamaq nöqtəsini keçməyəcəklər. Bakı ilə Tehranın güzəştli həll yolu tapacaqlarına əmnilik var.

Samir Vəliyev, Sahil İsgəndərov
Azvision.az


Teqlər: Azərbycan   İran  





Xəbər lenti