Qubada torpaq sürüşməsi baş verib, 10 ailə köçürülüb

 Qubada torpaq sürüşməsi baş verib,  10 ailə köçürülüb
  13 Oktyabr 2021    Oxunub:734
Qubanın Qrız Dəhnə kəndi ərazisində torpaq sürüşməsi qeydə alınıb. Əlli hektar ərazini əhatə edən sürüşmə zonası dağlıq ərazidə baş verib. Sürüşmə zonasının əhatəsi genişlənir və kəndə doğru yaxınlaşır.
Azvision.az xəbər verir ki, hadisə yerinə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları baxış keçirib. Sürüşmənin aktivliyi nəzərə alınaraq 10 ailə köçürülüb.

Ərazidə müvafiq qurumların əməkdaşları tərəfindən naryad təşkil olunub. Sürüşmənin aktivliyi nəzərə alınaraq müvafiq qərar qəbul ediləcək.

Azvision.az



Teqlər: Quba   Sürüşmə  





Xəbər lenti