"Yasamalda yaşayış binasındakı yanğın söndürülüb - FHN

"Yasamalda yaşayış binasındakı yanğın söndürülüb -    FHN
  13 Oktyabr 2021    Oxunub:775
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda Yasamal Yaşayış Kompleksində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Azvision.az - a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

Azvision.az



Teqlər:





Xəbər lenti