"Türkiyəni gözardı edə bilməzsiniz" - Merkel

  13 Oktyabr 2021    Oxunub :333
   "Türkiyəni gözardı edə bilməzsiniz" -    Merkel
Almaniya kansleri Angela Merkel Ankaranın Qərb və Avropa İttifaqı üçün strateji əhəmiyyətini vurğulayıb və Türkiyə ilə dialoqu müdafiə edib .
Azvision.az xəbər verir ki, Təl -Əvivdəki Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunda çıxışı zamanı Merkel deyib ki, siyasi fikir ayrılıqlarına baxmayaraq, Türkiyə və Qərb ortaqları dialoqa davam etməlidirlər.

"Türkiyəni görməzdən gələ bilməzsiniz! O, NATO üzvüdür və qanunsuz miqrasiyaya qarşı mübarizədə Avropa İttifaqı üçün də mühüm rol oynayır. Söhbət böyük regional və qlobal problemlərdən gedirsə, beynəlxalq siyasətdə həmsöhbət seçə bilməzsən! Xarici siyasət dəyərlərin və maraqların qarışığıdır. Burada balansı saxlamaq çətin məsələdir", - kansler söyləyib.

Qeyd edək ki, Merkel Türkiyə prezidenti Rəcəb Ərdoğanla görüşmək üçün şənbə günü Türkiyəyə səfər etməyi planlaşdırır.

Azvision.az

Teqlər: Angela-Merkel   Türkiyə  







Xəbər lenti