"Əfqanıstandakı vəziyyət bütün MDB-ni təhdid edir" - Yatimov

"Əfqanıstandakı vəziyyət bütün MDB-ni təhdid edir" -    Yatimov
  14 Oktyabr 2021    Oxunub:758
"Əfqanıstandakı vəziyyət təkcə Tacikistana deyil, bütün postsovet məkanına təhlükə yaradır".
Azvision.az xəbər verir ki, bunu Tacikistanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sədri Saymumin Yatimov deyib.

Onun sözlərinə görə, son bir neçə ay ərzində Əfqanıstandan Tacikistana narkotik, silah-sursat qaçaqmalçılığı nəzərəçarpacaq dərəcədə artıb.

“Hesab edirik ki, Əfqanıstanda mövcud vəziyyət təkcə Tacikistanın və Mərkəzi Asiya ölkələrinin təhlükəsizliyinə real təhdid yaratmır. Bütün postsovet məkanı, xüsusilə müsəlmanların yaşadığı bölgələr üçün bu təhlükə artıb”, - o söyləyib.

Yatimova görə, İslam dinindən istifadə edərək bölgədəki vəziyyəti gərginləşdirmək üçün konkret meyillər müşahidə olunur.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Tacikistan   Əfqanıstan  





Xəbər lenti