Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb
  14 Oktyabr 2021    Oxunub:1128
Tərtər Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz ov etmək istəyən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayonun Qaradağlı kənd sakini Zabil Abdullayev ov etmək istəyərkən saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Saxlanılan şəxsdən 1 ədəd “İJ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: Ovçu  





Xəbər lenti