Müharibənin 18-ci günü: Düşməni qovmağa davam!

 Müharibənin 18-ci günü:  Düşməni qovmağa davam!
  14 Oktyabr 2021    Oxunub:831
Azərbaycan Prezidenti İlham Əliyev müsahibələrindən birində bəzi ərazilərimizin artıq işğaldan azad olunmasına baxmayaraq, hələ bu barədə açıqlama verilmədiyini vurğulamışdı. Dövlət başçısı bu taktikanı belə izah etmişdi: biz həmin ərazilərdə nəzarətə tam yiyələnib, orada möhkəmlənəndən, düşməni o ətraflardan xeyli qovandan sonra bunu açqılayırıq və yaxın günlərdə yeni xoş xəbərlər verəcəyik.
2020-ci il oktyarbrın 14-də Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Silahlı Qüvvələrimizin daha 8 kəndi işğaldan azad etdiyini yazaraq, xalqımıza növbəti müjdə verdi. Bu məhz həmin taktikanın təsdiqi idi.


Oktyabrın 13-dən 14-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində Ermənistan ordusu bölmələrinin Silhalı Qüvvələrimizin mövqelərinə basqınını dəf edən hərbçilərimiz düşməni geri oturdaraq, onun xeyli hərbi texnikasını məhv etdiblər. Qarşı tərəfin 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd “Osa-AKM” ZRK, 1 ədəd PDM-2, 1 ədəd KS-19 zenit topu, 2 ədəd D-30 haubitsa topu, bir neçə avtomobil texnikası məhv edildi və sıradan çıxarıldı.

Oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində düşmənin növbəti əməliyyat-taktiki ballistik raket kompleksinin start vəziyyətinə gətirildiyi müşahidə edildi. Mülki insanlar arasında tələfata səbəb olmaq, mülki infrastruktura xələl yetirmək məqsədilə operativ-taktiki raketlər Gəncə, Mingəçevir və digər şəhərlərə doğru hədəflənmişdi. Bu cinayətkar planın qarşısının alınması məqsədilə legitim hərbi hədəf kimi start vəziyyətində olan raketlər Ordumuzun qabaqlayıcı dəqiq zərbəsi ilə sıradan çıxarıldı. Bundan əvvəl saat 01:00 radələrində həmin istiqamət üzrə start vəziyyətinə gətirilmiş əməliyyat-taktiki raket kompleksi də məhv edildi.

Xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanının müavini, Qərargah rəisi, general-mayor İkram Əliyev bununlas bağlı çox maraqlı faktlar açıqladı.

- Oktyabrın 14-də gecə saat 01:00 radələrində 2 ədəd, səhər saat 8:30 radələrində daha 1 ədəd “Elbrus” raket kompleksi Azərbaycan Ordusu tərəfindən aşkarlanaraq məhv edilib. Həmin raket kompleksləri məhv edilməsəydi, raketlər Bakıya da çata bilərdi. Ballistik raketlərə qarşı xüsusi əməliyyat nəticəsində oktyabrın 12-də Qubadlı rayonu ərazisində 1 ədəd Toçka-U raketi məhv edilib. 300 km atış məsafəsinə sahib “Elbrus” raketi Dağlıq Qarabağa gətirilsə idi, onların 300 km uçuş məsafəsi var və Bakıya da çatardı. Kəşfiyyat məlumatlarına əsasən, Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində belə raket yoxdur. Bu, Ermənistanın 71-ci raket alayanın tərkibindədir, - general-mayor vurğuladı.

Gəlcəkdə Ermənistan tərəfini belə cinayətkar əməllərdən çəkindirmək məqsədilə Azərbyacanın Müdafiə nazirliyi düşmənə ciddi xəbərdarlıq etdi.

- Azərbaycanın Ermənistan ərazisində hər hansı hərbi hədəf və maraqları yoxdur. Əksinə, Ermənistan öz ərazisindən Azərbaycanın yaşayış məntəqələrini atəşə tutmaqla qəsdən münaqişənin coğrafiyasını genişləndirmək məqsədini güdür. Bildiririk ki, mülki əhalimiz və yaşayış məntəqələrimizin təhlükəsizliyini təmin etmək məqsədilə legitim hərbi hədəflərin zərərsizləşdirilməsi hüququnu Azərbaycan bundan sonra da özündə saxlayır, - xəbərdarlıqda bildirildi.

Bütün görülən tədbirlərə baxmayaraq, humanitar atəşkəs rejimini pozan düşmənin Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutması nəticəsində mülki əhali arasında yenə də qurbanlar verdik. Düşmənin 100-dən çox mərmi atdığı Tərtər rayonunda 1 soydaşımız həlak oldu, 8 nəfər mülki şəxs isə yaralandı.

Həmin vaxt Tərtər şəhərində çəkiliş aparan Azərbaycan Dövlət Televiziyasının (AzTV) avtomobilinin də atəşə tutlması nəticəsində sürücü Namiq Qəmbərov da xəsarət aldı atəşə tutub nəqliyyat vasitəsinə isə ciddi ziyan dəydi.

Azərbaycan Baş Prokurorluğunun yaydığı məlumatda Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları nəticəsində 43 mülki soydaşımızın qətlə yetiririldiyi, 214 nəfərin isə yaralandığı bildirildi. Müharibənin başlandığı gündən qarşı tərəfin cinayətləri üzündən 277 mülki obyekt, 66 çoxmənzilli bina və 1505 yaşayış evi yararsız hala düşdüyü qeyd olundu.

Bununla kifayətlənməyən erməniçilik ideoloqları Azərbaycanı və regionu ASALA terrorçu təşkilatı və hətta Metsamor AES-lə hədələməyə başladılar. Xarici KİV-də dərc olunan yazılardan birində qeyd edilirdi ki, ermənilər onlara dəstək verməyən müttəfiqlərini, bir sıra böyük dövlətləri açıq-aşkar terrorla hədələyirlər. Ermənistanın hazırkı ağır durumunda onlar kömək etməsələr ASALA terror təşkilatı hərəkətə keçə bilər. Hətta “lazım gələrsə, bütün Ermənistan ASALA olar” deyən ermənilərin təhdidləri dünya mediasında geniş yayılmağa başladı.

Onlardan biri isə -Əgər məğlubiyyət baş verərsə, yalnız öz atom elektrik stansiyamızı bombalayacağıq. Niyə də yox? Biz yaşaya bilmiriksə, hamı belə olmalıdır,- deyib.

Hətta belə təhdid fonunda da erməni terroruna çaıq və ya gizli şəkildə dəstək verənlər, təcavüzkarı silahlandıranlar tapılırdı. Azərbaycanın haqq işinə siyasi-mənəvi dəstək olan Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan həmin dairələrin məkrli addımlarını ifşa etdi.

-30 ildir oturub, danışıb gedirlər. Azərbaycanın işğal edilmiş torpaqlarını qaytarın, bu, çətin deyil. İndi azərbaycanlı qardaşlarımız ermənilərlə mücadilə aparır. Bizimlə əlaqə saxlayanlar deyirlər ki, Suriyadan döyüşçü göndərirsiniz. Bizim belə bir dərdimiz yoxdur. Azərbaycanlı qardaşlarımıza hər cür dəstək verməyə hazırıq və verəcəyik. Amma Minsk Qrupu üçlüyünün dəstəyini niyə qeyd etmirsiniz. Rusiyadan, Fransadan Ermənistana bu qədər silahlar göndərilir. Bunları niyə demirsiniz? Bunların qarşısında səsiz qalırsınız, - Türkiyə Prezidenti vurğuladı.

Amma həmin qüvvələrin ciddi-cəhdlərinə baxmayaraq, Azərbaycanın ədalətli mövqeyini dəstəkləyənlərin sıraları durmadan genişlənirdi. Fransa parlamentinin aşağı palatasında çıxış edən ölkənin Xarici İşlər naziri Jan-İv Le Drian deputatların Dağlıq Qarabağ münaqişəsində “Ermənistanın tərəfini tutun” çağırışlarına cavab olaraq bildirdi ki, ATƏT-in 1994-cü ildə Fransa, Rusiya və ABŞ-a verdiyi mandata görə, rəsmi Paris tərəfsiz qalmaq məcburiyyətindədir.
“Paris münaqişə tərəflərindən birini dəstəkləyəcəyi təqdirdə qanuni vasitəçi statusunu itirəcək. Fransanın Ermənistanla ikitərəfli yaxın əlaqələri olduğu kimi Azərbaycanla da uzun müddətli əməkdaşlığa malikdir” - Jan-İv Le Drian vurğuladı.

Kənar qüvvələrin dəstəyinə bəslədiyi ümidlərin puça çıxdığını görən Ermənistan hakimiyyəti böyük itkilərə düçar olduğunu etiraf etmək məcburiyyətində qaldı. Baş nazir Nikol Paşinyan Ermənistan ordusu bölmələrinin münaqişə zonasının şimal və cənub istiqamətlərinin bəzi bölgələrindən geri çəkildiyini açıqladı. Ermənistan ordusunun “vəziyyətə nəzarəti” (!) böyük itkilər bahasına saxladığını deyən Paşinyan, indi cəbhə xəttində son dərəcə çətin vəziyyətin yarandığını hamının başa düşməsinin vacib olduğunu qeyd etdi.

Düşdüyü ağır vəziyyəti az-çox “düzəltmək” sevdası ilə Ermənistanda ehtiyatda olanların intensiv təlimlərə cəlb edilməsinə başlnadı. Onların intensiv atəş təlimləri keçdikdən sonra döyüş bölgəsinə yollanacaqları bildirildi. Özü də bu “proses”ə yaşlılar və hətta qadınlar da cəlb olundu.
Amma bunların hamısı aqoniya vəziyyətində olan ölümcül xəstənin izafi cəhdləri idi.
Rusiyanın məşhur “TASS” agentliyi hələ işğal altında olan Şuşada məskunlaşmış ermənilərin 80%-nin şəhəri tərk etdiyini yazırdı.

- Qarabağda müharibə başlayanadək şəhərdə 5 min nəfər yaşayıb. Döyüşlərdən sonra ermənilər şəhərdən qaçmağa başlayıblar. Hazırda Şuşada qalanlar əsasən yaşlı və orta yaşlı ermənilərdir. Qadın və uşaqlar Ermənistana təxliyə olunub, kişilər isə məcburi şəkildə döyüşə göndərilib ,- agentlik bildirib.

Azərbaycan bayrağını öpən erməni əsilli Tovuz sakini Alina Marqosyanın Ermənistanın baş naziri Nikol Paşinyana və erməni xalqına müraciəti erməniçilik ideoloqlarının və erməni təcavüzkarlarının üzünə vurulan tərs şillə effekti verdi.



-Azərbaycanın heç kəsin torpağında gözü yoxdur. Bu ölkənin 3 rəngli bayrağı Qarabağın hər yerində dalğalanacaq”, - deyən Marqosyan erməni xalqını Nikol Paşinyanın hiyləsinə uymamağa çağırdı. Erməni əsgərinə isə Azərbaycanın torpaqlarından geri çəkilməyi məsləhət gördü.

Bəli, bu çağırış artıq zamanın da, digər faktorların da Azərbaycanın xeyrinə, Ermənistanın isə əleyhinə işlədiyinin növbəti sübutu idi.

Azərbaycan Prezidenti İlham Əliyevin “Haber Türk” televiziya kanalına müsahibəsində

“Biz otuz il gözləmişik. Artıq Azərbaycan xalqının səbri tükənib. Əgər danışıqlar bərpa edilərsə, əminəm ki, bu təqvim bizə veriləcək. Ancaq Ermənistanın bu anlaşmanı, bu açıqlamanı pozması göstərir ki, onların niyyəti sadəcə olaraq vaxt qazanmaq və Azərbaycana öz hücumunu davam etdirməkdir” -dediyi kimi.

Sahil İsgəndərov
Azvision.az



Teqlər: Müharibə   Uğurlar  





Xəbər lenti