"Taliban"ın nümayəndələri Moskvaya səfər edəcək - Zaxarova

 "Taliban"ın nümayəndələri Moskvaya səfər edəcək -  Zaxarova
  14 Oktyabr 2021    Oxunub:989
Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatının nümayəndə heyəti gələn həftə Moskvaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

"Gələn həftə "Taliban" hərəkatının nümayəndə heyətinin Əfqanıstan üzrə “Moskva formatı”nda məsləhətləşmələrinin üçüncü raundunda iştirak etmək üçün Rusiyanın paytaxtına gəlişini gözləyirik", - Zaxarova əlavə edib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Rusiya   Taliban   Səfər  





Xəbər lenti