Şükür Həmidovun atası oğlunun şəhid olduğu yeri öpdü - Video

   Şükür Həmidovun atası oğlunun şəhid olduğu yeri öpdü -    Video
  14 Oktyabr 2021    Oxunub:968
Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov oğlunun şəhid olduğu yeri ziyarət edib və övladının uğrunda canından keçdiyi torpağı öpüb.
Azvision.az xəbər verir ki, bununla bağlı kadrları “Təsir dairəsi” verilişi Qubadlıda lentə alıb. Nəriman Həmidov göz yaşlarına hakim ola bilməyib.

Qeyd edək ki, Ş. Həmidov 1975-ci ildə Qubadlı rayonunda anadan olub. 2016-cı ildə Aprel döyüşlərinin iştirakçısı olmuş və Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərib. Azərbaycan Prezidentinin Sərəncamı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Ona eyni zamanda müdafiə nazirinin əmri ilə vaxtından əvvəl polkovnik hərbi rütbəsi təqdim olunub. Vətən müharibəsində iştirakına görə, “Vətən uğrunda” medalı və "Zəfər" ordeni ilə də təltif olunub. Ş. Həmidov doğma yurdu Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Milli Qəhrəman II Fəxri xiyabanda dəfn olunub. Ailəli idi, iki övladı yadigar qalıb.



Azvision.az



Teqlər: ŞükürHəmidov   MilliQəhrəman  





Xəbər lenti