"Bu, unikal formatdır" - Zaxarova dini liderlərinin görüşü barədə

      "Bu, unikal formatdır"    -  Zaxarova dini liderlərinin görüşü barədə
  14 Oktyabr 2021    Oxunub:933
"Azərbaycan, Ermənistan və Rusiya dini liderlərinin üçtərəfli görüşü problemlərin aradan qaldırılması, etimad mühitinin yaradılması, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üçün vacib formatlardan biridir".
Azvision.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

"Bu görüş ilk dəfə deyil keçirilir, dini liderlər arasında təmaslar onilliklərdir davam edir", - Zaxarova bildirib.

Onun sözlərinə görə, oktyabrın 13-də Moskvada keçirilən görüş Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına və Qafqazda ümumi vəziyyətin yaxşılaşmasına, o cümlədən inamın gücləndirilməsinə, təcili humanitar problemlərin həllinə, mədəni və dini irs obyektlərinin qorunmasına xidmət edəcək.

Zaxarova əlavə edib ki, bu, tərəflər arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə və dinlərarası dialoqun inkişafına kömək edən unikal bir formatdır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Dini-liderlər   Görüş  





Xəbər lenti