Avropada qazın qiyməti yenidən bahalaşır

Avropada qazın qiyməti yenidən bahalaşır
  14 Oktyabr 2021    Oxunub:935
Avropa bazarında təbii qazın noyabr fyuçersləri ticarət gününə bahalaşma ilə başlayıb.
Azvision.az xəbər verir ki, ICE Futures birjasının məlumatına görə, Niderlandda yerləşən TTF habında müqavilələr min kubmetr mavi yanacaq üçün 1127,5 dollardan start götürüb və sonradan 1157,5 dollaradək bahalaşıb. Bu, öncəki günün qiymətlərindən 3,1 faiz çoxdur.

Qeyd edək ki, kəskin qiymət artımı qitədəki yeraltı anbarlarda qaz ehtiyatının tükənməsi, əsas təchizatçılar tərəfindən təklifin məhdudlaşması və Asiyada sıxılmış təbii qaza yüksək tələbatla bağlıdır.

Azvision.az


Teqlər: Qaz   Avropa  





Xəbər lenti