DMX-nin Çağrı mərkəzinə 89 mindən çox zəng daxil olub

DMX-nin Çağrı mərkəzinə 89 mindən çox zəng daxil olub
  14 Oktyabr 2021    Oxunub:675
Dövlət Miqrasiya Xidmətinin (DMX) 919 Çağrı mərkəzinə bu ilin doqquz ayı ərzində 89 min 199 zəng daxil olub.
DMX-dən Azvision.az -a bildiriblər ki, onlardan 80 min 806-sı Azərbaycan dilində, 7 min 672-si rus dilində, 721-i isə ingilis dilində cavablandırılıb.

Qəbul edilən zənglərin 19 min 307-si müvəqqəti yaşama icazəsi, 18 min 956-sı müvəqqəti olma müddətinin uzadılması, 6 min 352-si daimi yaşama icazəsi, 8 min 305-i iş icazəsi, 7 min 956-sı vətəndaşlıq məsələləri, 3 min 281-i olduğu yer üzrə qeydiyyat, 25 min 42-si isə digər məsələlərlə bağlı olub.

Azvision.az



Teqlər: DMX  





Xəbər lenti