"15 milyonluq avadanlıqlar kimi əsgərlərimizi də satdınız"- Erməni politoloq

   "15 milyonluq avadanlıqlar kimi əsgərlərimizi də satdınız"-   Erməni politoloq
  14 Oktyabr 2021    Oxunub:968
Bu gün Ermənistan mətbuatı ölkəyə göndərilən 15 milyonluq yardımın yoxa çıxmasından yazıb. Jurnalistlər araşdırma apararaq ordu və səhiyyə orqanlarına göndərilmiş hədiyyələrin- tibbi texnikaların sonrakı taleyini öyrənməyə çalışırlar.
Azvision.az xəbər verir ki, siyasətçilər, ictimaiyyət nümayəndələri isə yeni yeyinti faktını ölkələri adına utancverici hal kimi qiymətləndiriblər.

Məsələn, politoloq Qaqik Ambaryan yerli mediaya verdiyi açıqlamada deyib ki, bu hadisə İrəvanın korrupsiya bataqlığında çabalamasından xəbər verir

- Məlum oldu ki, amerikalı "xeyriyyəçi" Maykl Sariyanın son iki ildə Ermənistana göndərdiyi 15 milyon dollarlıq tibbi avadanlıqların hər biri Macarıstana 700 min dollara satılıb. Bunlar ağır yanıqlar üçün nəzərdə tutulan xüsusi bahalı avadanlıqlardı. Elə son müharibə zamanı azərbaycanlılara qarşı vuruşarkən ağır yanıq xəsarətləri alan və məlum tibbi texnikalardan yararlanmaq imkanını itirən əsgərlərimizi də satdılar...

Ermənistan ordusunda 15 milyonluq yeyinti: ABŞ-dan göndərilən "hədiyyə" yoxa çıxıb- FOTOLAR
Nikol, bu "xeyriyyəçinin" suallarına cavab verəcəksənmi? Yoxsa yenə də öz sələflərinin korrupsiya əməllərinə görə şikayətlənəcək, hökmranlığın dövründə hansı cinayətlərin törədildiyini unudub öz xalqının arxasında gizlənəcəksən... Amerikalı milyonçuya cavab verin ki, Macarıstanda yaralı əsgərə o avadanlıqlarla necə "kömək" etmisiniz. Təsəvvür edirsinizmi ki, Nikolun təyin etdiyi məmurlar texnikaları Macarıstana satmasaydılar neçə əsgərin həyatını xilas etmək olardı?

Qeyd edək ki, əvvəllər separatçı rejimə dəstəyi ilə yadda qalmış Saryan adlı erməni əsilli amerikalı milyonçu Ermənistan ordusuna pay verdiyi avadanlıqların yoxa çıxmasından gileylənib. O sosial şəbəkələrdə paylaşım edərək yazıb ki, Ermənistan hökumətinə göndərdiyi yardımlar təyinatı üzrə yönəldilməyib və satılıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Ermənistan   Korrupsiya   Ordu   Nikol  





Xəbər lenti