Vətən müharibəsi şəhidi İxtiyar Əliyev dəfn olunub

  14 Oktyabr 2021    Oxunub :203
Vətən müharibəsi şəhidi İxtiyar Əliyev dəfn olunub
Oktyabrın 14-də Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçusu gizir İxtiyar Əliyev anadan olduğu Goranboy rayonunun Goranlı kənd qəbiristanlığında dəfn olunub.
Azvision.az xəbər verir ki, mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, qazilər, Goranboy Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

1994-cü il təvəllüdlü gizir İxtiyar Əliyev Vətən müharibəsində kəşfiyyat taborunda xidmət edib. Sonuncu dəfə oktyabrın 6-da Ağdərə istiqamətində gedən döyüşlərdə düşmənə qarşı vuruşub. Həmin gündən sonra yaxınları ondan xəbər ala bilmirdilər.

İxtiyar Əliyev Vətən müharibəsində Azərbaycan Ordusunun itkin hesab edilən 7 hərbçisindən biri idi.

Azvision.az

Teqlər: Şəhid  







Xəbər lenti